Çində Buffon üçün əlamətdar görüş - İlk titul

4 Avqust 2018 20:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, final qarşılaşmasında Paris komandası "Monako"ya 4:0 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində Anhel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqlənib.

Çinin "Şençjen Siti" stadionunda keçirilən bu görüş əfsanəci qapıçı Canluicci Buffon üçün də əlamətdar olub.

Belə ki, İtaliya "Yuventus"undan transfer edilən qapıçı yeni klubunda ilk titulunu qazanıb.