Aralıq dənizində 1500-dən çox miqrant boğularaq ölüb

4 Avqust 2018 21:21 (UTC+04:00)

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, məlumatda 60 min adamın da Aralıq dənizini keçdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi tranzit yollar üzərindəki dövlətlərə nizamsız miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmələri ilə əlaqədar çağırış edib.

Qeyd edək ki, İspaniyaya dəniz yolu ilə yanvar ayından etibarən 23 min 500-dәn çox miqrant keçib.

AzNews.az