İranda 4,4 bal gücündə zəlzələ

4 Avqust 2018 22:23 (UTC+04:00)

AzNews.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanların episentri Kerman şəhərindən 126 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 09:35-də qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.