Çində dron "polislər" - Fotolar

4 Avqust 2018 23:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dronlar Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək. Bu texnologiyanı işlətməkdə əsas məqsəd, idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə almaqdır.

Bununla bağlı, ərazidə 4 multikopter rəsmən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Çin polisi 2016-cı ildən bəri dronlardan istifadə edir.

Dronlardan bu məqsədlə istifadə edən ilk ölkə isə Yaponiyadır.