AzNews.az xəbər verir ki, bu gün Şüvəlandan bir ailə Masallıya istirahətə gəliblər. Maşını saxlayıb istirahət mərkəzlərinin birində çay içiblər. Altında saxladıqları palıd ağacı (300- 400il yaşı olar) küləksiz havada sınaraq maşının üstünə düşüb.


Şəkildən göründüyü kimi maşın yararsız vəziyyətə düşüb. Maşının içində heç kim olmasa da kənarında duran ailənin gəlini dünyasını dəyişib.