Trend-in məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfər həlak olub. Key dairəsinin və Ponka-Siti yaşayış məntəqəsinin polisləri ölüm hallarını kimliklər məlum olmadan təsdiqləmirlər.
Qeyd edək ki, "EA400" birmühərrikli və 6 yerli təyyarədir. Qəzanın araşdırması ilə Federal Aviasiya İdarəsi və Nəqliyyatın Milli Təhlükəsizliyi İdarəsi məşğul olur.