Bakıda çay evi yanıb

5 Avqust 2018 10:47 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 640 m² olan tikilinin (çay evi kimi fəaliyyət göstərir) ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 300 m² olan evin 3 ədəd plastik pəncərə çərçivəsi əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az