Ukrayna Azərbaycanda araq istehsal edəcək

5 Avqust 2018 13:08 (UTC+04:00)

Report xəbər verir ki, bunu "Radio NV"nin efirində holdinqin sahibi Yevgeni Çernyak deyib.

"Biz, məncə avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, "şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir".