“Dəniz kuboku - 2018”-in iştirakçıları arasında voleybol turniri keçirilib

5 Avqust 2018 14:05 (UTC+04:00)

Trend-in məlumatına görə, ilk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oynu da Qazaxıstan dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında isə İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.