“Dəniz kuboku - 2018”-in iştirakçıları arasında futbol yarışı keçirilib

5 Avqust 2018 14:54 (UTC+04:00)

Trend-in məlumatına görə, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında Azərbaycan komandası Rusiyalı hərbi dənizçilərə, İran dənizçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Beləliklə futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.