"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.
***
19:21
İndoneziyada zəlzələ olub
İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat yoxdur.