Almaniyada həyat iflic oldu - İsti havalara görə

6 Avqust 2018 09:35 (UTC+04:00)

Anadolu agentliyinin məlumatına görə, bu yay Almaniyada son illərin ən isti və quraq yay mövsümü kimi qeydə alınıb. Ölkədə kənd təsərrüfatı məhsullarının yetişməsində ciddi azalma müşahidə olunur.

Almaniyanın Meteorologiya Departamenti yaxın günlərdə isti hava şəraitinin bütün ölkəni əhatə edəcəyini açıqlayıb. Çərşənbə günü temperaturun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

AzNews.az