Adam öldürən dünya çempionu məhkəmə qarşısında

6 Avqust 2018 10:08 (UTC+04:00)

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarv vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.

Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Onun ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbui Hüseynovun sədrliyi ilə avqustun 9-da ilkin hazırlıq iclası keçiriləcək.

AzNews.az