Çinin səsdən sürətli uçan aparatı

6 Avqust 2018 10:37 (UTC+04:00)

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Xingkong-2" adı almış aparat ölkənin şimal-qərbindəki poliqonlarıdan birindən raketlə planlaşdırılmış yüksəkliyə daşınıb, 10 dəqiqə sonra daşıyıcıdan ayrılaraq bir neçə manevr edib və uğurla təyinat nöqtəsinə enib.

Qeyd edək ki, "Xingkong-2" Çin Aerokosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanıb. Hərbi ekspertlərin fikrincə, aparat nüvə döyüş başlığı daşıya bilir və yüksək uçuş sürəti və manevr bacarığı sayəsində müasir raket əleyhinə müdafiə vasitələrinin heç biri tərəfindən vurula bilmir.

AzNews.az