İdmançının pulunu oğurlayanların məhkəməsidir

6 Avqust 2018 11:20 (UTC+04:00)

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlardan biri, N.Fərəcova həbs edilməyib, polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. N.İsrafilovun isə əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 8-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

AzNews.az