“Torpağın biçindən sonra yandırılması qəti qadağandır” - Komitə sədri

6 Avqust 2018 11:37 (UTC+04:00)

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Milli Məclisdə “Torpaq haqqında Məcəlləyə” dəyişiklik olundu: “Taxıl sahələrinin biçindən sonra yandırılması qəti surətdə qadağandır. Nə üçün? Çünki torpağın münbit qatı yandıqda gələcəkdə məhsul vermir. Torpaqları münbirləşdirmək üçün gübrələr, fosfor, azot verilir. Bütün bunlar torpaqların qidalandırılmasına hesablanıb. Ümumiyyətlə, torpağı yandırılması qəti şəkildə düzgün deyil. Burada başqa məsələlərdə var. Məsələn, torpaq yandırıldıqda o başqa sahələrə keçir və nəticədə böyük yanğınlara səbəb olur. Bütün bunlar aqro-texniki qaydalara uygün deyil. Hətta buna qarşı böyük cərimələr də nəzərdə tutulub. Bildiyiniz kimi İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000-1500 manat cərimələr nəzərdə tutulub. Hətta bəziləri bilməyərəkdən torpağı yandırır. Maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Onsuz da torpaq şumlananda samanın özü çürüyür və o torpağa əlavə bir qida verir”.

AzNews.az