FETÖ-nün daha bir “kassası” ələ keçirildi

6 Avqust 2018 11:56 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bölgə jandarm qüvvələri tərəfindən Oğuzeli bölgəsinə aid Qovunluq məhəlləsində aşkar edilmiş ünvana basqın edilib. Əməliyyatda Şanlıurfa FETÖ məsələsi ilə bağlı axtarılan və qruplaşmanın “pul kassası” olduğu irəli sürülən C.Y. saxlanılıb.

Qəsdən adam yaralamaqla da təqsirləndirilmiş C.Y. bölgə komandirliyindən sonra Urfa Təhlükəsizlik Müdirliyinə göndəriləcək.

Nurlan AĞA
AzNews.az