Trampın oğlu rus qadınla niyə görüşübmüş?

6 Avqust 2018 12:40 (UTC+04:00)

Ata Tramp öz Twitter mikrobloqunda oğul Donald Trampla bağlı paylaşım edib. O, öz tvitində qeyd edib ki, oğlum Donaldın “Trump Tower”də keçirdiyi görüş barədə narahat olmağım yalan xəbərdir, təxəyyül məhsuludur. “Bu, bir rəqibimizlə bağlı məlumat toplamaq məqsədi ilə keçirilmiş görüş idi” – deyə, prezident bildirib.

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mətbuatı Trampın oğlu ilə bağlı mütamadi xəbərlər yayır. Bununla belə, “New York Times” qəzeti Trampın oğlunun Veselnithskaya ilə görüşü haqqında ilk dəfə məlumat yaydığı vaxt prezident cəbhəsindən ziddiyyətli açıqlamalar verilmişdi.

Qeyd edək ki, xüsusi müstəntiq Robert Müller ABŞ kəşfiyyatının 2016-cı ildəki prezident seçkisində Trampın Rusiyanın rolunu araşdırır. ABŞ prezidenti Rusiya ilə heç bir ortaqlığının olmadığını bildirir, Rusiya tərəfi isə seçkiyə müdaxilə etmədiyini vurğulayır.

Nurlan AĞA
AzNews.az