Gülər Əhmədovanın oğlundan "facebook" hədəsi

27 Mart 2013 09:14 (UTC+04:00)

Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın böyük oğlu Toğrul Əhmədov anası ilə bağlı söz-söhbətlərdən qəzəblənərək, bəzi şəxsləri hədələyib.

Modern.az-ın verdiyi məlumata görə, Yevlax şəhərində yerləşən "N" saylı hərbi hissədə əsgəri xidmətdə olan Toğrul Əhmədov özünün Facebook sosial şəbəkəsindəki profilində "Gələcəm hamınızı..." deyə yazaraq, kimlərəsə mesaj yollayıb.

Statusun kimə və nə məqsədlə ünvanlandığı açıq-aşkar qeyd olunmasa da, Toğrul Əhmədovun anası ilə bağlı məlum olaylardan ciddi şəkildə təsirləndiyi sezilir.

T.Əhmədov sözügedən statusu hərbi hospitala yerləşdirilməzdən əvvəl yazıb. Eks-deputatın oğlunun kimləri hədəfə alması maraq doğurur.

Qeyd edək ki, eks-millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Babayev bir neçə gün öncə xidmət etdiyi "N" saylı hərbi hissədə ağır xəsarət alaraq, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib.

Atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü bildirsə də, rəsmi açıqlamada qeyd edilir ki, Toğrul Əhmədov əsgərlərlə qol güləşinə çıxarkən qolunu sındırıb.

Xatırladaq ki, Toğrul Əhmədoa həbri xidmətdən öncə Maliyyə Nazirliyindən çalışıb.

AzNews.az