Cüneyt Arkının son vəziyyəti

6 Avqust 2018 12:48 (UTC+04:00)

Aznews.az “Anadolu Ajansı”na istinadən bildirir ki, yaxınlarının xəbər alması ilə tanınmış aktyor təcili yardım vasitəsilə özəl xəstəxanaya yerləşdirilib. Nəfəsalma probleminə görə reanimasiyaya yerləşdirilmiş 81 yaşlı Cüneyt Arkının hazırkı vəziyyətinin yaxşı olduğu bildirilib.

Yoxlanışlardan keçirilmiş sənətkara oksigen verilib və evə göndərilib.

Nurlan AĞA
Aznews.az