Bunu AzNews.az-a Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Xosrov Musayev deyib.
“Əsas yanan isə torpaqdır ki, o da canlıdır. Torpağın yanması ilə onda olan mikroflora da məhv olur və o da torpaq əmələgəlmə prosesini dayandırır. Torpağ üçün vacib olan münbit qat yanır. Çünki bitkinin əsas qidalanndığı torpaq 0- 20 sm qalınlığındakı hissədə olan, ən məhsuldar torpaqdır. Bu il əsasən taxıl sahələrində yanğın halları çox olub. Demək olar ki, bütün bölgələrdə taxıl sahələri yanıb. Bu da iqtisadiyyata öz təsirini göstərəcək. Nazirliyin bu haqda haqlı qərarı oldu ki, əkin sahələrini yandıranlar cəzalandırılsınlar. Bu çox əsaslı bir qərar oldu. Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Mənə elə gəlir ki, fermerlər arasında ekoloji biliklərin aşılanması yönündə tədbirlət görülməlidir. Əks halda əkin sahələrində bu cür halların yaşanması qaçılmadır”.
Səidə NURMƏMMƏDLİ
AzNews.az