“İslam Respublikası Xəbər Agentliyi – İRNA” bildirir ki, Səudiyyə Ərəbistanı İran diplomatik münasibətlər rəhbərinə viza verməyi qəbul edib. Bu olay Tehran-Riyad xəttində müsbətyönlü diplomatik inkişaf olaraq qiymətləndirilib.
Ərəbistanla İran arasındakı münasibətlər 2016-cı ildə Səudiyyə tərəfinin iranlı hacını edam etməsindən sonra pozulmuşdu. Hadisədən sonra nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etmişdilər. Bunun nəticəsində Ərəbistan İranla diplomatik əlaqələrini tamamilə dondurmuşdu.
Həmçinin iki ölkə Yəmən ərazisində məzhəb fərqi problemi də yaşayır. Yəməndəki daxili müharibədə İranın şiələrə, Ərəbistanın isə sünnilərə dəstək verməsi Tehran-Riyad münasibətlərində gərginliyi artıran başqa bir səbəbdir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Nüvə Müqaviləsindən çıxıb, İrana sanksiyalar tətbiq etməsini rəsmi Riyad məmnuniyyətlə qəbul etmişdi.
Nurlan AĞA
AzNews.az