Yaponiya Rusiyaya etiraz notası göndərdi, səbəbi...

6 Avqust 2018 14:05 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.

Baş katib əlavə edib: "Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir".

AzNews.az