Ağır qəza - Ölənlər var

6 Avqust 2018 14:11 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumta görə, rayonun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.