Prezident isə Twitter hesabında bu ittihama qarşılıq verib. O, qeyd edib ki, həmin verilişin aparıcısı CNN-in ən axmaq işçisidir. Tramp “LeBronu ağıllı göstərmək hər adamın eləyə biləcəyi bir iş deyil” – deyə, vurğulayıb.
Aznews.az “A Haber”ə istinadən bildirir ki, Trampın açıqlamasından sonra həyat yoldaşı Melaniya katibi vasitəsilə LeBronun Ohiodakı məktəblə bağlı layihələrini göstərərək yaxşı işlər görmək istədiyini qeyd edib.
Melaniya Trampın katibi CNN-ə verdiyi açıqlamada ABŞ-ın birinci xanımının həmin məktəbi ziyarət edə biləcəyini də deyib. Bu isə Donald Trampla Melaniya Tramp arasında yeni qarşıdurmanın yaranması kimi dəyərləndirilib.
Nurlan AĞA
AzNews.az