“Albalı” kartla bağlı qalmaqal: Unibank müştərilərdən 15 manat nəyə tələb edir?

6 Avqust 2018 16:05 (UTC+04:00)

Unibank-a məxsus olan “Albalı” kartı bağlamaq istədikləri zaman onlardan 15 manat tələb olunduğunu bildirən müştərilər banka qarşı rəylər səslənidiriblər.

Məsələ ilə bağlı AzNews.az Unibank-la əlaqə saxlayıb. Bankdan bildirilib ki, müştərilər kartlarını bağlamaq istədikləri zaman onlardan heç bir ödəniş tələb olunmur. Kartı bağlatdırmaq tam ödənişsizdir. Ödəniş isə müştərilərdən banka olan borclarını ödəmələri barədə arayış istənildikdə tələb olunur.

Nigar Cəfər
AzNews.az