CASCFEN idarə heyətinin yeni tərkibdə ilk iclası keçirilib

6 Avqust 2018 16:20 (UTC+04:00)

Gündəlik təsdiqləndikdən sonra birinci məsələ üzrə çıxışlar olub və səsləndirilən təkliflərə əsasən Təşkilati məsələlər, Gender məsələləri, Gənc jurnalistlərlə iş, Azərbaycanda KİV sahəsində fəaliyyət göstərən qurumlarla iş, Orta Asiya ölkələrində fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələr, Türkiyə və Quzey Kıprısda fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələr, həmçinin Gürcüstanda fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələrə məsul şəxslər müəyyənləşdirilib.

Sonra "Xaçmaz" qəzetinin əməkdaşı Lamiyə Səfərova və Ağdaşdan gənc fəal Vasif Dos¬məmmədovun üzvlüklə bağlı ərizələrinə baxılıb və onlar CASCFEN üzvlüyünə qəbul ediliblər.

Cari məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Əkbər Qoşalının qurumun yaradıcılarından biri və ilk rəhbəri Azər Həsrətin CASCFEN-in Fəxri başqanı seçilməsi, dos.dr. Vüqar Zifəroğlunun CASCFEN-in illik fəaliyyət planının hazırlanması və bu İctimai Birliyin ildə bir dəfə veriləcək ödülünün təsis edilməsi barədə təklifləri müsbət qarşılanıb və uyğun qərarlar qəbul edilib.

İclasdan sonra İdarə Heyətinin üzvləri ilə görüşən Əməkdar jurnalist Azər Həsrət yeni rəhbərliyə, İdarə Heyəti üzvlərinə uğurlar arzulayıb, onun Fəxri başqan seçilməsinə görə öz minnətdarlığını çatdırıb.

CASCFEN sədri Nadir Azəri Azər Həsrətə Fəxri başqan seçilməsi və 50 illik yubileyi ilə bağlı özəl plaket və xatirə hədiyyəsi təqdim edib.

Pərvanə Ağazadə
AzNews.az