Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z.Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.
Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu müddətdə Ə.Qayıbov küçəsindən sərnişindaşınmaya 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq.
AzNews.az