“Brilliant xanıma söz vermişəm ki...”

27 Mart 2013 09:38 (UTC+04:00)
Uzun zamandır ki, xəbəri gəlməyən bəstəkar Hüseyn Abdullayev yeni layihəyə imza atıb. Bu barədə AzNews.az-a açıqlama verən H.Abdullayevin sözlərinə görə, o, hazırda iki əsər üzərində işləyir:

"Hazırda iki yeni simfonik əsər üzərində işləyirəm. Bu əsərlər üzərində işlər tamamlanan kimi "Youtube" şəbəkəsində yerləşdiriləcək. Bundan başqa Brilliant xanıma söz vermişəm. Ona təqdim etmək üçün yeni musiqi üzərində işləyəcəm".

Bahar Rüstəmli
AzNews.az