AzNews.az Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr həyəcan siqnalı ilə məşq etdirilib.
Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb.