AzNews.az xəbər verir ki, ABŞ prezindeti Donald Tramp bununla bağlı icraedici fərman imzalayıb.
Bu barədə jurnalistlər üçün telefonla keçirilən brifinq zamanı Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
O qeyd edib ki, sözügedən fərman Donald Tramp tərəfindən daha öncə səsləndirilən Tehrana təzyiq göstərilməsinə dair siyasətin davamıdır.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Tehranın nüvə proqramı üzrə birgə Sazişin imzalanmasından sonra İrana qarşı sanksiyalar aradan qaldırılmışdı.