AzNews.az-ın məlumatına görə, "E-skin" adlı bu elektron dəri insanın sağlamlıq vəziyyətini müəyyən edə bilir.
Bu süni dəri xüsusi nazik, elastik və uzadıla bilən elektron materialdan hazırlanır. Bu da "E-skin"-ə bir növ insan dərisini imitasiya etməyə imkan verir. Beləliklə də, dəri təzyiq, temperatur və dartılmanı hiss edə bilir.


Elektron dəri tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla bədən siqnallarının ölçülməsi məqsədilə insan dərisi, həmçinin boğaza bərkidilə bilər.
"E-skin" yüksək temperatura davam gətirə bilir.
Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahəsində tətbiq üçün böyük potensiala malik olmasına əmindirlər.