Hər bir Bakı sakininin aylıq ödənişi bəlli oldu- bu rəqəm sizi təəccübləndirəcək!

7 Avqust 2018 07:50 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, Bakı Şəhər Statistika İdarəsindən AzərTac-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 538,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1 milyard 873,6 milyon manat olub.

Cari ilin yanvar-iyun ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

AzNews.az