Məşhur müğənni virusa yoluxub

7 Avqust 2018 09:06 (UTC+04:00)

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ifaçı virusa yoluxub. “Beautiful Trauma” adlı dünya turnesinə çıxan Pinkin Sidneydəki konserti bu səbəbdən təxirə düşüb. Avqustun 5-də xəstəxanaya yerləşdirilən Pink 6-da evə buraxılsa da, elə həmin gecə yenidən mədə infeksiyası diaqnozu ilə həkim nəzarətinə götürülüb.

Təxirə salınmış konsertin növbəti tarixlərə təyin olunacağı gözlənilir.

AzNews.az