ABŞ-la Türkiyə anlaşdı - Ankaradan Vaşinqtona heyət gedəcək

7 Avqust 2018 09:52 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki,Türkiyə müsbətyönlü şəkildə görüşləri davam etdirərkən müəyyən sahələrdə ön razılaşma əldə olunub.

Diplomatik dialoqlar və konstruktiv mövqenin davam etdirilməsi mövzusunda qarşılıqlı məmnuniyyət dilə gətirilib. Görüşlərin üz-üzə olması ilə bağlı qərar verilib.

Ön razılaşmadakı məqamlarla bağlı daha ətraflı görüşmək və həmin müddəti qısaltmaq üçün 1-2 gün ərzində Ankaradan Vaşinqtona heyət göndəriləcəyi bildirilib.

Nurlan AĞA
AzNews.az