Qadın tabutda xortladı

27 Mart 2013 10:27 (UTC+04:00)




Onun öldüyü zənn edilərək polis çağırılıb və qadını tabuta qoyublar. Hadisə martın 21-də Bulabvayo şəhərindəki "Manor" otelində baş verib. Polis tərəfindən tabuta qoyulan qadın birdən-birə dirilib və "siz məni öldürmək istəyirsiz" deyə qışqırıb. Ətrafdakılar hadisədən dəhşətə gələrək oteldən qaçmağa başlayıblar.


Zimbabvedə insanlar cin və şeytanlara, eləcə də ruhlara inanmaları ilə məşhurdur. 2012-ci ildə ölkədəki tanınmış klinikalardan bir məhz bu səbəbdən bağlanıb. Məsələ burasındadır ki, klinika əməkdaşları onlara məzardan xortlayanların hücum etdiyini bildirərək işə gəlməkdən imtina ediblər. Klinika rəhbərliyi əməkdaşları işə qaytara bilmədiyinə və yeni işçi tapmadığına görə iş yerini bağlamalı olub.

Elnarə Əlosmanqızı
AzNews.az