Atanın oğlu tərəfindən öldürülməsinin təfərrüatı: “Bütün kənd dəyib bir-birinə...”

7 Avqust 2018 13:29 (UTC+04:00)

Rayonun Toplar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Aydın Məmmədhəsənov oğlu tərəfindən amansızcasına döyülüb:

“Aydının oğlu içki düşkünüdür. Ayıq günü olmayıb. Rəhmətlik kişi sağlığında deyirdi ki, bu oğlan məni öldürəcək. Dəfələrlə onu polisə vermişdi. Amma oğlu hərəkətindən əl çəkmirdi. Özü də ailəlidir, uşaqları var, atası ilə birlikdə yaşayır. Evə içkili gəlib, atası da onu tənbeh edəndə bıçağı götürüb kişini vurub. Atasına saysız-hesabsız xəsarət yetirib. Amma kənddə deyirlər ki, oğlu onun başından bellə vurub. Evdə heç kəs olmayıb. Bir daş düşəydi onun başına, övlad da atasına əl qaldırar? Bütün kənd dəyib bir-birinə, sakit bir kişini döyüb-öldürüb. Ata öldü, özü də həbs olundu”

Bahar RÜSTƏMLİ
AzNews.az