İndoneziyada zəlzələ qurbanlarının sayı 105 nəfərə çatdı

7 Avqust 2018 13:56 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Naqruhoya istinadla məlumat yayıb.

Avqustun 7-də təşkil edilən mətbuat konfransında S.P.Naqruho bəyan edib ki, bir çox ölkələr, o cümlədən Sinqapur, Malayziya və Avstraliya zəlzələ ilə bağlı İndoneziyaya köməklərini təklif ediblər.

AzNews.az