Məşhur aktyor Moskvada döyüldü

7 Avqust 2018 15:25 (UTC+04:00)

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dava avqustun 5-nə keçən gecə baş verib, ancaq bu barədə yalnız indi xəbər tutulub.

S.Naseri polisə bildirib ki, bazar gününə keçən gecə "Voys" barında qardaşı Larbi ilə istirahət edərkən, təxminən, saat 2 radələrində naməlum şəxslərlə mübahisəsi düşüb. Nəticədə aktyorun üzünə əllə zərbə vurulub.

Fransız aktyor davadan sonra Sklifosovski adına Elmi Tədqiqat İnstitutuna müraciət edib.

AzNews.az