Sumqayıt cəbhəçisi barəsində həbs-qətimkan tədbiri seçildi

27 Mart 2013 10:57 (UTC+04:00)
AXCP Sumqayıt şəhər təşkilatının üzvü Daşqın Məlikov barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Daşqın Məlikov barəsdə 2 ay müddətinə həbs-qətimkan tədbiri dünən axşam Sumqayıt Şəhər Məhkəməsi tərəfindən seçilib.

Qeyd edək ki, D. Məlikov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə ittiham olunur.

AzNews.az