Sumqayıtda binada yanğın - İnsanlar təxliyyə edildi

7 Avqust 2018 18:30 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzNews.az-a verilən məlumata görə, yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.