Qanunsuz ov etdilər - 4700 manat cərimə olundular

7 Avqust 2018 20:41 (UTC+04:00)

AzNews.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Neftçala rayon sakini Yusif Məlikov, Masallı rayon sakini Şahmur Kərumov, Oğuz rayon sakinləri Dünyabir və Raqif Nəsirov olduğu müəyyən edilib və onlardan 2 ədəd ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.