Daha bir ölkədə "narıncı" təhlükə qorxusu

7 Avqust 2018 21:53 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, ölkədə artıq bir neçə gündür bu regiona xas olmayan isti və yağıntısız hava şəraiti hökm sürür.

Belə ki, bəzi şəhərlərdə hava hərarəti +30- +34 dərəcə təşkil edir.

Belarus Fövqəladə Hallar Nazirliyi ölkənin 5 rayonunda əhalinin meşələrə ziyarətini yanğınlar təhlükəsi səbəbindən məhdudlaşdırıb. Qurumda bildirirlər ki, bu məhdudiyyətlər istilərin davam edəcəyi təqdirdə başqa rayonları da əhatə edə bilər.