Qonşular arasında dava - Yaralanan var

8 Avqust 2018 09:08 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Çiçək qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğlu qonşu ilə hələlik bilinməyən səbəblərə görə, mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. X.Nəsirov bıçaqlanıb.

Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti (TTTYX) vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

AzNews.az