Yaponlar Şinzo Abeni dəstəkləyirlərmi?

8 Avqust 2018 10:38 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, sorğu 18 yaşdan yuxarı 2162 nəfər arasında aparılıb. Onların 1205 nəfəri və ya 56 faizi sualları cavablandırmağa razılıq verib.

Sorğunun nəticələrinə görə, kabineti dəstəkləyənlər ötən ayla müqayisədə üç bənd azalıb, narazı olanlar isə iki bənd artıb. Kabineti dəstəkləyənlərin yarısı bəyan edib ki, bu hökumət digər alternativlərdən yaxşıdır. Respondentlərin 17 fazi bildirib ki, bu kabinet öz siyasətini həyata keçirə bilir, 12 faiz isə qeyd edib ki, həmin kabinet onların dəstəklədiyi siyasi partiyalardan təşkil olunub.

Kabinetdən narazı olanların 42 fazi Ş.Abe hökumətinə etibar etmədiklərini bildirib. Həmçinin 28 faiz qeyd edib ki, onun siyasətinə heç bir ümid bağlamır. Narazıların 10 faizi digər kabinetin daha yaxşı işləyə biləcəyini qeyd edib.

AzNews.az