Ermənistanda rəis rüşvət üstündə tutuldu

8 Avqust 2018 12:37 (UTC+04:00)

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat mərkəzi yayıb.

O, çağırışçıların hərbi xidmətdən möhlət alması üçün cinayət işlətməkdə ittiham olunur.

MTX-nin məlumatına əsasən, bu cinayətdə hərbi komissarlığın əməkdaşları, vasitəçilər, həkimlər və çağırışçılar iştirak ediblər. Massis şəhərinin bölməs rəisi S.B. hərbi xidmətdən möhlət almaq üçün 4 çağırışçıya saxta arayışı 7 min dollara “satıb”. Komissarlığın başqa bir keçmiş əməkdaşı mayor M.Q. isə möhlət təşkil etmək üçün hər çağırışçıdan 4 min dollar alıb. Məlum olub ki, daha 7 nəfər belə xidmətə görə ona 150 dollardan 4 min dollaradək rüşvət verib.

Hadisə ilə bağlı cinayət işi açılıb, Masis şəhərinin hərb komissarı, həkim və komissarlığın keçmiş əməkdaşı həbs olunub.

AzNews.az