“Azərişıq” sözçüsü: “İşıqpulunu süni şəkildə yüksək göstərmək mümkün deyil”

8 Avqust 2018 12:52 (UTC+04:00)

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev AzNews.az-a açıqlamasında şikayətlərin əsassız olduğunu bildirib:

“Biz ciddi bir təşkilatıq, işimizi qanunlarla icra edirik. İşıqpulunun artıq yazılması qeyri-mümkündür. Hər bir bildirişdə göstərici sayğacdakı rəqəmlər əsasında yazılır. Burada havanın də təsiri var. İndi avqust ayıdır. Biz hər gün payladığımız enerjinin sərfiyyatını görə bilirik. Hava sərin olanda sərfiyyat aşağı düşür, isti olanda isə yüksəlir. İyul ayı isti olduğundan sərfiyyat da yüksək olub. Hətta bu ayda ölkədə kondisionerlərə tələbat yüksək olub. Kondisioner alanda bir az düşünmək lazımdır. Enerjiyə qənaət edən kondisioner almaq lazımdır”.

Tanrıverdi Mustafayev işıqpulunun artıq yazılmasından narazı olan abonentlərə mesaj ünvanlayıb:

“Kim istəyirsə rəsmi qurumlara, lap elə məhkəməyə müraciət etsin, araşdırılma aparılsın”.

Bahar RÜSTƏMLİ
AzNews.az