“Avropa Məhkəməsinə müraciət edəcəyik“
27 Mart 2013 11:32 (UTC+04:00)
"Məhkəmə qərarından şikayəti bu gün apelyasiya məhkəməsinə təqdim etmişik". Bu barədə Simsar.az-a Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib:
"Şikayətə baxılandan sonra yəqin ki, Ali Məhkəməyə müraciət olunacaq. Bütün instansiyaları keçəndən sonra Avropa məhkəməsinə müraciət edəcəyik", - deyə M.Zeynallı bildirib
Qeyd edək ki, "Xural"qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il azadlıqdan məhrum olunub.
AzNews.az