AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Keniya Atletika Federasiyası məlumat yayıb. 28 yaşlı atlet Nandi şəhərində avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Nikolas Bett 2015-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş dünya çempionatında 47.79 saniyə göstərici ilə qalib olub.