AzNews.az “Sputniknews”a istinadən bildirir ki, Zərif İran dövlət televiziyasına verdiyi açıqlamada hazırkı müzakirə predmetlərinə baxılmasının vacibliyini qeyd edib və bu vəziyyətdə ABŞ-a necə güvənə biləcəklərini soruşub.
Daim ziqzaq formasında hərəkət edən ABŞ-ın beynəlxalq səviyyədə inamını itirdiyi ilə bağlı fikir bildirmiş nazir bu dəfə fərqli durumun olduğunu, əvvəllər İranın dəstəklənmədiyi halda, indi hər kəsin İranın tərəfində yer aldığını vurğulayıb.
Nurlan AĞA
AzNews.az